
Türkiyəli müğənni Mustafa Cececli son açıqlaması ilə diqqət çəkib. Gununsesi.info xəbər verir ki, jurnalistlərdən birinin “Mustafa Ceceli oruc tutmur” başlıqlı yazını paylaşması müğənnini özündən çıxarıb. Əsəblərini cilovlaya bilməyən ifaçı gözünü yumub, ağzını açıb:
“Bir şərəfsiz, 5 yaşlı oğlumun yeməyini qoyub, mənim ünvanıma oruc tutmur deyə yazıb. Görüm Allahdan çəkəsən köksüz. Bir dəfə yazdım anlamadınız, bir də yazım. Sizə heyvan desəm, heyvanları təhqir sayılar. Mən Allah qarşısındakı hesabımı verirəm, amma iftira atan biri sonsuzadək cəhənnəm quyusunun qonağıdır. Gözünüz dönüb sizin, qansızlar”.
Sevinc Xeyrulla
Gununsesi.info