Məktəb direktoru yıxılaraq öldü - TƏFƏRRÜAT - YENİLƏNİB

  • Müəllif: admin
  • 24 Aprel 2017 11:32

meyit

Bakıda məktəb direktoru faciəli şəkildə ölüb.

Gununsesi.info  bildirir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33A ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov yıxılaraq ölüb.

Polisdən bildirilib ki, P. Əjdərov məktəb direktoru olub.

***

Qeyd edək ki, direktorun ölümünün bəzi təfərrüatları üzə çıxıb ölüb.

Məlumata görə, P.Əjdərov mənzilin pəncərəsindəki toru təmir etmək istəyib. Həmin vaxt müvazinətini itirən P.Əjdərov pəncərədən yıxılıb və hadisə yerində dünyasını dəyişib.

P.Əjdərov paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 72 saylı məktəb-lisey kompleksinin direktoru olub. O, bir-neçə ildir ürək xəstəliyindən əziyyət çəkirmiş.

Direktor bu il martın 1-də səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifəsindən azad edilib və yaxın günlərdə ürək əməliyyatı keçirəcəkmiş.

Gununsesi.info