Məlahət İbrahimqızı seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR

  • By admin
  • 06 Fevral 2020 11:36

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa  namizədi Məlahət İbrahimqızının parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti  görüşünü Nəsimi rayonu, 1-ci Mikrorayon, Asif Məhərrəmov 59 ünvanında yerləşən “Ağdaş” Şadlıq evində  keçirib.

Tədbiri açılış nitqi ilə çıxış edən Məlahət İbrahimqızı seçicilərə 9 fevral Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasında keçirilən görüşlərdə fəal  iştiraklarına görə təşəkkür etdi.

Deputatlığa namizəd həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, “Daha Güclü Azərbaycan Naminə” qarşıda duran vəzifələrdən bəhs edib.

Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır. Partiyamız sadəcə vəd vermir, təqdim etdiyi seçki proqramı layiqincə yerinə yetirir.

Deputatlığa namizəd seçicilərlə çoxsaylı görüşlərdə dairə ilə əlaqədar qaldırılan problemlər, bildirilən haqlı iradları, səsləndirilən təklifləri, təhlil edilib  və  həlləri istiqamətində atılan addımlardan danışdı.

M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Eyni zamanda, görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Seçicilər bir sıra sosial, kommunal məsələlərin həlli bağlı fikirlərini bildiriblər. Deputatlığa namizəd Məlahət İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.

 

 

 

Gununsesi.org