Mənzildə 51 yaşlı kişi meyiti tapıldı - BAKIDA

  • By admin
  • 09 Avqust 2017 23:40

meyit-olu

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1966-cı il təvəllüdlü Drojin Aleksandr Nikolayeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info