Mərdəkan və Buzovna çimərliklərində çimən 3 nəfərin həyatı xilas edildi

  • By admin
  • 31 İyul 2019 09:38

Mərdəkan və Buzovna ərazisindəki çimərlikdə çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib. 

 Fövqəladə Hallar Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, həmin şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunublar.

Gununsesi.org