Məşhur idmançımız Ukraynada ata oldu – FOTO

  • By admin
  • 10 İyun 2020 15:18

Məşhur kikboksçumuz, “Glory” turnirində yarışan yeganə azərbaycanlı Alim Nəbiyev ata olub.

Gununsesi.org-un xəbərinə görə, onun Ukraynanın Poltava şəhərində oğlu dünyaya gəlib.

Qeyd edək ki, “Professor” ləqəbli Alim Nəbiyev Gürcüstan azərbaycanlısıdır. O, hazırda Ukraynada yaşasa da, döyüşlərdə Azərbaycan adından çıxış edir.

Gununsesi.org