Məşhur moda verilişindən ayrıldı

  • By admin
  • 23 Mart 2017 20:35

nur-yerlitas-sevgilisi-kimdir

 

“TV 8”də yayımlanan “İşte benim stilim” yarışmasının məşhur münsifi Nur Yerlitaş proqramdan ayrılıb.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, “Kanal D”-də yayımlanan “Rəngli səhifələr” proqramında bunu açıqlayıb. N. Yerlitaş proqramda  hər yerdə kiçik insidentlərin baş verdiyini qeyd edib: “Sadəcə yoruldum, üzərimdə bir Nurella var. Bu Nurella və Nur Yerlitaş arasında qalmaqdan yoruldum. Həkimim də keçirdiyim rahatsızlıqdan dolayı yorulmamağımı məsləhət gördü. İvana ilə illərdir bir yerdə işləyirik. Aramızda problem yoxdur. Səhhətim yaxşı olmadığı üçün proqramdan ayrılmağa qərar verdim”.

 

Gununsesi.info