Məşhur müğənni vəfat etdi

  • By admin
  • 13 İyul 2017 10:40

aktrisa-tamara

Sovet estradasının əfsanəsi hesab olunan Tamara Мiansarova Moskvada 87 yaşında vəfat edib.

Gununses.info “APA”ya istinadən xəbər verir ki, aktrisanın ölümü barədə onun həyat yoldaşı Mark Feldman məlumat verib.

Onun sözlərinə görə, müğənni iyulun 12-də xəstəxanada dünyasını dəyişib. Tamara Miansarova ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Tamara Мiansarova 1931-ci il martın 5-də anadan olub. Moskva konservatoriyasında təhsil alanda solo konsertlərlə çıxış edib. O, “Qoy həmişə günəş olsun”, “Qara pişik” və başqa mahnıları ilə məşhurluq qazanıb.

Gununsesi.info