Məşhur rejissor öldü

  • By admin
  • 10 Oktyabr 2016 19:53

rej

 

Oskar mükafatlı polşalı rejissor Anje Vayda 90 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, məşhur rejissor oktyabrın 9-u Varşavada ölüb.

Vayda 1950-ci illərdə əsası qoyulan “Polşa film məktəbi”nin öndə gələn təmsilçilərindən olub. Kino sahəsində həm Polşa, həm də Avropanın önəmli rejissorlarından sayılıb.

Anja Vayda “Kanal” filmindən sonra daha da məşhurlaşıb. Onun bu filmi bir çox mükafatlara, o cümlədən Kann beynəlxalq kinofestivalının (1957) xüsusi mükafatına layiq görülüb.

O, mədəniyyət sahəsində rus-polyak münasibətlərinin inkişafında böyük əməyinə görə 2010-cu ildə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub.

 

Gununsesi.info