Macarıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açıldı

  • By admin
  • 25 Yanvar 2017 10:08

macar

Bu gün Macarıstanın Azərbaycandakı səfirliyində ötən həftənin sonu İtaliyada  baş verən avtobus qəzası nəticəsində 16 macar məktəblinin ölməsi ilə əlaqədar xatirə kitabı açılıb.

Macarıstanın Azərbaycandakı səfirliyindən Gununsesi.info-ya verilən məlumata görə, xatirə sözlərini yazmaq  istəyənlər yanvarın 25-26-da səfirliyə müraciət  edə  bilər. Kitab bu gün və sabah saat 10.00-dan 12.00-dək və 15.00-dan 17.00-dək açıq olacaq.

Qeyd edək ki, yanvarın 20-də Verona şəhərində baş verən qəza nəticəsində 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb. Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb. Macarıstanlı məktəblilər İtaliyaya səyahətlərini bitirib, ölkələrinə qayıdırmışlar.

Gununsesi.info