
Masallı şəhəri ərazisindən şəhər sakinini xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 11-də Masallı şəhəri ərazisindən şəhər sakini Emil Soltanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Zamin Şəbiyev tutulub.
Anar
Gununsesi.info









