Maşınını yumaq istəyəndə cərəyən vurub öldürdü

  • By admin
  • 13 Oktyabr 2017 19:12

tok

Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib.

Qəsəbə sakini 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.

Gununsesi.info