“Media haqqında” yeni qanun layihəsi müzakirə olunur

  • By admin
  • 28 Dekabr 2021 10:50

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin onlayn formatda birgə iclası keçirilir.

Gununsesi.info xəbər verir ki, toplantıda “Media haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirə olunur.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, agentliyin digər rəsmi şəxsləri, media orqanlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak edirlər.

Gununsesi.info