Masallı Rayon Mərkəzi Xəstəxanası istifadəyə verildi

  • By admin
  • 19 Oktyabr 2017 16:54

1481217049_20161208_143933

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə təmirinə başlanılan Masallı Rayon Mərkəzi Xəstəxanası bu gün əhalinin istifadəsinə verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə açılan xəstəxana 223 min əhaliyə tibbi xidmət göstərəcək.

Nazirlikdən bildirilib ki, Masallının Mərkəzi Rayon Xəstəxanası 10 korpusdan korpuslarından ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxıldır.

Xəstəxanada 206 həkim, 454 nəfər orta tibb işçisi, 326 nəfər kiçik tibb işçiləri olmaqla ümumilikdə 986 tibb işçisi çalışır. Xəstəxanada keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub.

Belə ki, KT, müasir Rentgen, Flüoraqrafiya, USM müayinə aparatları, exokardioqrafiya, Hemodializ aparatları, ən müasir Süni tənəffüs aparatları, cərrahiyə stolları, yenidoğulmuşların reanimasion otağında müasir tibbi avadanlıqlar, stomotoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və.s tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək.

Gununsesi.info