Meral Akşener: “Gəlib evimi daşlasınlar”

  • By admin
  • 06 Mart 2023 12:29

“Şəxsi maraqlarım üçün heç kimlə danışıq aparmamışam, belə fikirləşirlərsə, gəlib evimi daşlasınlar”.

 

Gununsesi.info-nun xəbərinə görə, bunu “Altılı Masa”dan ayrılan İYİ partiya lideri Meral Akşener müxalifətin birliyini pozmaqda ittiham olunmasına münasibətində deyib.

 

“Bu seçkidə qalib gəlməli olduğumuzu dedim və onu almaq üçün araşdırma şirkətlərinin iki adını çəkdim. Biri Əkrəm İmamoğlu, digəri Mansur Yavaşdır. Dedim ki, bu seçkidə qalib gəlmək istəyiriksə, onlardan biri ilə yola çıxmalıyıq.  Kim olursa olsun var gücümüzlə dayanacağıq dedim. Masa bu millətindir.Təklifim keçərli olarsa, qayıdacağam”.

 

Tərcümə: Mais

Gununsesi.info