“Mercedes”i “bardür”ə vurdu, sərnişini öldü

  • By admin
  • 10 İyun 2017 15:37

1494924579-0136

 

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən (DİN) məlumatına görə, iyunun 9-da saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Abşeron rayon sakini Nurlan Abdullayev idarə etdiyi “Mercedes” markal avtomobili yol ayırıcısına vurub.

Nəticədə onun sərnişinlərindən həmyerlisi Sadiq Məsiyev hadisə yerində ölüb.

Hadisə ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info