Millət vəkilindən “Sədərək”-in rəhbərinə qarşı sərt ittiham: "Yığılan pullar hara gedir?!"

  • By admin
  • 05 Dekabr 2016 12:44
fazail_agamali_141015
“Sədərək”  Ticarət Mərkəzinə girəndə 30 dəqiqə belə maşını park etsən yenə də səndən pul alınır. Axı gün ərzində alınan bu qədər pul hara gedir?! ”
Gununsesi.info xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı dilə gətirib. 
Böyük ticarət mərkəzlərində parklanmaya görə pulların büdcəyə deyil,şəxsi  cidblərə getməsindən narahatçılığını ifadə edən millət vəkili  bildirib ki, “Sədərək”, “Binə “  kimi iri ticarət mərkəzlərində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir: 
“O pullar dövlətin büdcəsinə gedir? Xeyr, mən bilirəm ki, o pullar dövlətin büdcəsinə getmir. Mən “Sədərək” və “Binə”  Ticarət Mərkəzini misal üçün çəkdim. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz parketmə məntəqələri var. Odur ki,biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki?!”
Mürtəza
Gununsesi.info