
Yaxın günlərdə Milli Məclisin fövqəladə toplantısı olacaq.
Bu barədə Gununsesi.org-a adının çəkilməsini istəməyən deputatlardan biri məlumat verib.
Maraqlıdır ki, deputatlara iclasa gəlmək barədə zənglər edilsə də gündəlik barədə heç nə deyilməyib.
Bəzi millət vəkillərinin xaricdə olmasını və onların təcili ölkəyə qayıtmaq tapşırığı almasını nəzərə alsaq, o zaman iclasda mühüm məsələnin müzakirəsi gözlənilir.
Gununsesi.org












