Mingəçevir şəhərində mənzil yanıb

  • By admin
  • 07 Avqust 2016 17:06

yangin

 

 

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Mingəçevir şəhərində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və məxbəx əşyaları 12 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info