
Son 5 ilini siyasi çətinliklər içərisində keçirən Misirdə yeni şəhər salıb paytaxtı ora köçürmək qərarı verilib. Qərbi Afrika ölkəsi yeni şəhərin inşası üçün Çin şirkəti ilərazılığa gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şirkətin səlahiyyətli nümayəndələri ilə Misir dövlət başçısı Əbdül Fəttah əl-Sisi bi araya gəlib və 20 milyard dollar qarşılığında razılığa gəliblər.
Layihə rəhbərlərinin sosial şəbəkələrdəki açıqlamasında bildirilib ki, Qahirə milli ruhu və fikir birliyini inkişaf etdirmək üçün önəmli yerdir. Yeni şəhər isə yaşamaq, işləmək və turizm imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.
700 kvadrat kilometrlik ərazidə inşa edilməsi planlaşdırılan şəhər Qahirənin şərqində salınacaq.
Nigar Cəfərli
Gununsesi.info











