Sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

  • Müəllif: admin
  • 28 Oktyabr 2016 12:29

qeza3

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

MAZ və KamAZ markalı yük avtomobillərinin toqquşması nəticəsində MAZ-ın sürücüsü, Ağstafa rayon sakini, 1985-ci il təvəllüdlü Eşqin Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb. O, Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Gununsesi.info