“Möhtəşəm yüz il” serialının aktyorları Moskvaya gələcəklər

  • By admin
  • 15 İyun 2017 07:59

festival

İyunun 16-18-də Moskvanın “Krasnaya presnya” parkında Rusiyada ilk dəfə Türkiyə festivalı keçiriləcək. Moskva sakinləri və şəhərin qonaqlarına türk mədəniyyəti, tarixi, dili və adət-ənənələri barədə məlumat veriləcək.

Gununsesi.info-nun xəbərinə görə, festival çərçivəsində keçiriləcək viktorinaların qaliblərini Türkiyə kurortlarına 200 pulsuz putyovka da gözləyir.

Parkda qurulacaq Topqapı sarayını xatırladan çadırda qonaqlara osmanlı dövrünün geyimləri nümayiş etdiriləcək, türk mətbəxinə dair ustad dərsləri keçiriləcək. Uşaqlar isə Türkiyəni “Qaragöz” kukla teatrının tamaşalarına baxa biləcəklər.

Festivala məşhur türk musiqiçi və aktyorlarının, o cümlədən “Möhtəşəm yüz il” serialının aktyorlarının gələcəyi gözlənilir.

Gununsesi.info