
Üzərindən 77 il ötməsinə baxmayaraq nasist Almaniyası ilə SSRİ arasında imzalanmış “Hücumetməmək haqqında” müqavilə bugündə ciddi müzakirə obyekti olaraq qalmaqda davam edir. Bu da təsadüfi deyil. Çünki, bəzi iddialara görə məhz həmin müqavilə İkinci Dünya müharibəsinin başlanması üçün əlverişli şərait yaratmışdı.
Təbii ki, 1939 cu ilin avqustunda imzalanmış həmin müqaviləni ayrıca götürülmüş şəkildə təhlil etmek məsələyə obyektiv qiymət vermək baxımından doğru deyil. Tarixdə daha çox Molotov – Ribbentrop paktı adı ilə tanınan müqaviləyə əsasən həmin dövrün mövcud beynəlxalq vəziyyəti kontekstindən yanaşılmalı və təhlil edilməlidi.
İlk növbədə onu qeyd etmək lazımdır ki, həmin pakta aparan yol uzun və zidiyyətli siyasi prosseslərlə zəngindi. Məsələyə obyektiv qiymətin verilməsinə mane olan əsas faktorlardan biri də indiyə kimi arxivlərdə bir çox sənədlərin hələ də, tam məxfi qrifti ilə saxlanmasıdı.
Təbii ki, həmin dövrdə baş verən prosseslərin əsasında Birinci Dünya müharibəsinin nəticələri dayanırdı. Əslində, Birinci Dünya müharibəsi bir cox zidiyyətlərlə nəticələnmişdi. Sonralar, 1933 cü ildə Almaniyada Hitler başda olmaqla nasistlərin hakimiyyətə gəlməsi, mövcud zidiyyətləri danışıqlar yolu ilə deyil güc tətbiq etmeklə həll etməyə çalışması vəziyyətin gərginləşməsinə səbəb oldu.
Əvvəlki almaniya kanslerlərindən fərqli olaraq Hitler açıq şəkildə müharibənin nəticələrini rədd edir və Versal sistemini təftiş edirdi.
Artıq Almaniyada müxalif partiyalar ləğv edilmiş, siyasi opponentlər konslagerlərə göndərilmiş, totalitar sistem yaradılmışdı. Ölkədə “Ein Volk, Ein Reich, Ein Führer” (Bir Xalq, Bir İmperiya, Bir Rəhbər) fikri hakim ideologiyaya çevrilmişdi. Xarici siyasətdə Hitler tərəfindən revanşızm iddialarının ortaya qoyulması ilk növbədə Fransanı ciddi şəkildə narahat etməyə başlamışdı.
Həmin dövrdə Fransa Xarici İşlər naziri Lui Bartu (Jean Louis Barthou) SSRİ nində iştirakı ilə “Kiçik Antanta” nın əsasında Şərqi Avropada yeni bir hərbi – siyasi blokun yatradılması təşəbbüsü ilə çıxış edir. Almaniyada nasistlərin SSRİ yə olan münasibətini bilən L . Bartu SSRİ ni prossesə cəlb etməklə avropada Almaniya əleyhinə güclü hərbi blok yaratmaqla Hitlerin mümkün ola biləcək iddialarının qarşısını almaq niyyətində idi. Bundan əlavə, Fransa nəticə etibarı ilə avropada hərbi –siyasi qüvvələr nisbətinin formalaşmasında Parisin Londondan olan asılılığını aradan qaldırmaq siyasətinə nail olmaq istəyirdi. Lakin, Bartu tərəfindən təklif edilən “Şərq Paktı” nın reallaşdırılmasına mane olan əsas səbəblərdən biri “Kiçik Antanta” ya daxil olan ölkələr – Çexoslovakiya, Rumıniya və Yuqoslaviya -arasında yaranmış fikir ayrılığı idi. Digər tətəfdən, Balkanlarda İtaliyanın mümkün ola biləcək hərbi ekspansiyasının qarşısını almaq məqsədilə 1934 cü ilin fevralında Fransanın təkilf etdiyi plan əsasında Yuqoslaviya, Yunanıstan, Türkiyə və Rumıniyanın iştirakı ilə “Balkan Antantası” adlı yeni hərbi – siyasi blok yaradılır. Belə bir blokun yaradılması, Yuqoslaviya və Rumıniyanında həmin blokda iştirakı faktiki olaraq “Kiçik Antanta” nın fəaliyyətini hiss ediləcək dərəcədə zəiflətmişdi. 1934 cü il oktyabrın 9 da isə, L.Bartu Marseldə alman kəşfiyyatının hazırladığı “Tefton qılıncı” əməliyyatı nəticəsində qətlə yetirlir.
Həmin dövrdə avropada baş verən hadisələr təbii olaraq, Almaniya tərəfindən diqqətlə izlənilirdi. “Kiçik Antanta”nın bir hərbi – siyasi blok kimi zəiflədilməsi və şərq qonşusu Polşanı neytrallaşdırmağa nail olmaqla Almaniya ilk növbədə ona qarşı təşkil ediləcək şərq cəbhəsinin yaradılmasının qarşısını almağa çalışırdı. Bu məqsədlə 1934 cü ilin yanvarında “Almaniya ilə Polşa arasında hücumetməmək haqqında müqavilə” imzalanır. Eyni zamanda, hər iki ölkə arasında Şərqi Avropada ərazilər məsələsinə dair gizlin protokolunda imzalandığı iddia edilirdi. Almaniya və Polşa tərəfi bunu təkzib etsələr də, sonrakı hadisələr belə bir protokolun olduğunu söyləməyə əsas verir. Həmin dövrdə Qərbi Avropa və ABŞ mətbuatında həmin müqavilə geniş təhlil və tənqid olunurdu.
Berlin – Varşava yaxınlaşması Moskvanıda ciddi narahat etməyə başlamışdı. Xüsusilə də, “Ukraina məsələsi” nə dair Polşa ilə Almaniya arasındakı fikir birliyi SSRİ nin ərazi bütövlüyü üçün əsas təhlükə mənbəyi hesab edilirdi. Bundan əlavə, tarixi polşa – rusiya düşmənçiliyi hələdə qalmaqda davam edirdi. Polşada çox gözəl başa düşürdülər ki, Rusiyada 1919 – 1921 ci il müharibəsində sovet qoşunlarının polşa ordusu tərəfindən məğlub edilməsini unutmayıblar. Bununla yanaşı, Polşa ilə hərbi – siyasi yaxınlaşma Almaniyaya SSRİ nin qərb sərhədlərinə birbaşa çıxış imkanı verirdi. Eyni zamanda, Almaniya ilə belə bir müqavilə Polşanın qərb sərhədlərinin təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik idi. Polşanın şərq sərhədlərinə gəldikdə isə, hələ 1932 ci ildə SSRİ ilə beş il müddətinə hücumetməmək haqqında müqavilə imzalanmışdı.
Məntiqi olaraq belə bir sual yaranır. Doğurdanmı SSRİ ni Almaniyanın onun qərb sərhədlərinə yaxınlaşması narahat edirdi ?. Təbii ki, yox. Əksinə, SSRİ özüdə Almaniyanın şərq sərhədlərinə birbaşa çıxış əldə etməkdə maraqlı idi. Bunu, 1939 cu il 23 avqust tarixində tərəflər arasında imzalanmış gizlin protokolda sübut edir.
Artıq, Almaniya açıq formada Versal müqaviləsinin şərtlərini pozaraq sürətlə silahlanma prossesinə başlamışdı. Belə ki, 1935 ci ilin martında Hitler almaniyada ümumi hərbi mükələfiyyət elan edir. Bundan yalnız bir il sonra 1936 ci ilin martında isə, Reyn əyalətinə ordu yeridərək həmin əraziləri “Üçüncü Reyx”ə birləşdirir.
Reyn əyalətinin işğalı əslində, Hitler tərəfindən Fransaya qarşı həyata keçirilən ilk hərbi tədbir idi. Lakin, Fransa tərəfi buna heç bir ciddi reaksiya vermir. Halbuki, həmin dövrdə Fransanın kiçik bir hərbi reaksiyası Almaniyanın həmin ərazidən dərhal geri çəkilməsi ilə nəticələnə bilərdi. Fransanın bu cür addım atmamasının əsas səbəbi ilk növbədə ölkə daxilində əhalinin hələdə Birinci Dünya müharibəsinin psixoloji təsirindən xilas olmamasında idi. Bundan əlavə, Fransanın hərbi tədbir görəcəyi təqdirdə, yenidən Almaniya ilə müharibəyə başlama etimalını artırmış olurdu. Belə bir şəraitdə isə, ilk növbədə Britaniyanın özünü necə aparacağı məlum deyildi. Həmçinin, nəzərə almaq lazımdır ki, həmin dövrdə Fransa Almaniyaya qarşı hər hansı bir alyans formalaşdıra biməmişdi. Belə bir şəraitdə isə, Fransa təklikdə Almaniya ilə üz – üzə qala bilərdi. Doğrudur hələ 1935 ci il mayın 2 də SSRİ ilə Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdı. Lakin, Parisdə Stalinin öhdəliyi yerinə yetirəcəyinə şübhə ilə yanaşırdılar.
1938 ci ilin martında Versal müqaviləsinin 80 ci maddəsinin kobud şəkildə pozularaq Avstriyanın Hitler tərəfindən anşlyus edilməsinə qalib dövlətlər (Britaniya və Fransa) heç bir reaksiya vermirlər.
1936 cı il noyabrın 25 də Almaniya ilə Yaponiya arasında “Antikomintern paktı” imzalanır. Həmin pakt təbii ki, açıq şəkildə anti – sovet razılaşması idi. Lakin bu pakt, bir çox sovet və sonralar rus tədqiqatçılarının iddia etdiyi kimi heçdə effektli razılaşma deyildi. Belə ki, tezliklə “Çin məsələsində” Almaniya ilə Yaponiya arasında ciddi fikir ayrılığının ortaya çıxması həmin paktın əhəmiyyətini heçə endirmişdi. 1938 -39 cu illər SSRİ ilə Yaponiya arasında baş vermiş Xasan göl və Xalxin – Qol hərbi əməliyyatlarında Almaniyanın bitərəf qalması və ya 1941 ci ilin iyununda Almaniya SSRİ yə hücum edərkən Yaponiyanın SSRİ yə qarşı hər hansı bir hərbi əməliyyat keçirməməsi həmin razılaşmanın faktiki olaraq formal xarakter daşıdığını sübut edir. Təsadüfi deyildi ki Yaponiya, 1939 cu ilin mayında Almaniya ilə İtaliya arasında imzalanmış “Polad paktı” na qoşulmaqdan imtina etmişdi. Bunu isə, Hitler almaniyasının əsaslandığı məşhur alman geopolitiki K.Haushoferin “Berlin – Roma – Tokio oxu” modelinin baş tutmaması kimi qəbul etmək olar.
1938 ci ilin mayında başlanmış Çexoslovakiya ilə Almaniya arasındakı “Sudet böhranı” sentyabrın 29 – 30 da Almaniya, Britaniya, Fransa və İtaliyanın iştirakı ilə imzalanmış “Münhen razılaşması”na gətirib çıxarır.
Sentyabrın 30 da hələ Münxen danışıqlarının getdiyi bir zamanda Polşa Çexoslovakiyanın Teşinsk əyallətinə ordu yeridərək işğal edir. Bu fakt hələ 1934 cü ildə Almaniya ilə Polşa arasında imzalanmış müqavilədə ərazilərin iki ölkə arasında nüfuz dairəsinə bölüşdürülməsinə dair gizli protokolun olması haqqında iddiaları təsdiqləməyə əsas verir. Noyabrın 2 də isə, Vyana arbitrajının qərarı ilə Çexoslovakiyanın əsasən macarlar yaşayan üç şəhəri (İndiki Ukrainanın Zakarpatye əyaləti) Macarıstana verilir.
Qeyd edək ki, Çexoslovakiyanın Almaniya, Polşa və Macarıstan arasında nüfuz dairəsinə bölüşdürülməsi planı H. Görinq (Hermann Göring)tərəfindən hazırlanmışdı.
Münhen razılaşmasına əsasən oktyabrın 1 də alman ordusu Sudet əyalətinə daxil olur. Lakin, bununla Çexoslovakiya böhranı sona yetmir. 1939 cu il martın 14 də Slovakiya muxtariyyatının parlamenti Slovakiyanın müstəqilliyini elan edir. Sabahsı gün isə, Hitler Çexiyaya ordu yeridərək paytaxt Praqada daxil olmaqla Bohemiya və Moraviyanı işğal edir. Slovakiyanın Karpat Ukrainası isə Macarıstan tərəfindən işğal edilir.
Çexoslovakiya ilə hələ 1935 ci ildə hərbi yardım haqqında müqavilə imzalamış Fransa və SSRİ isə heç bir addım atmırlar. Xüsusilə də, 1935 ci il mayın 16 da Praqada SSRİ ilə Çexoslovakiya arasında qarşılıqlı yardım haqqında imzalanmış müqavilənin şərtləri diqqəti cəlb edir. Belə ki, həmin müqavilənin ən maraqlı tərfi ondan ibarət idi ki, müqavilənin şərtinə görə, Fransa təcavüzə məruz qalmış tərəflərə hərbi yardım göstərdiyi təqdirdə həmin müqavilə hüquqi qüvvəyə malik olurdu.
Müqavilədə məhz belə bir şərtin mövcudluğu sonralar sovet tarixşünaslığında SSRİ nin Çexoslovakiyanı müdafiə etməsinə hazır olduğunu lakin, Polşanın sovet qoşunlarının öz ərazisindən keçməsinə icazə vermədiyinə görə belə bir hərbi yardımın göstərilməməsi kimi propaqandaları heçə endirir. Həqiqətdə isə, SSRİ bunda heç maraqlıda deyildi. Əvvəla müqavilənin şərtindəndə məlum olur ki, həmin müqavilə yalnız Fransa hərbi yardım göstərdikdən sonra hüquqi qüvvəyə malik olurdu. Fransa isə heç bir hərbi yardım göstərmədiyi üçün SSRİ nin Çexoslovakiyaya hər hansı bir formada yardım göstərməsinin hüquqi əsası yox idi. Əslində, sovet rəhbərliyi əvvəlcədən çox gözəl başa düşürdü ki, Çexoslovakiyanın bölüşdürülməsində yaxından iştirak edən Polşa sovet qoşunlarının onun ərazisindən keçərək Çöxoslovakiyaya yardım etməsinə heç bir halda imkan verməyəcək. Həmin dövrdə sovet rəhbərliyinin Çexoslovakiyanı müdafiə etməyə hazır olduğu barədə verdiyi demaqoq xarakterli bəyanatlar sadəcə olaraq provokasiyadan başqa bir şey deyildi. Stalinin əsas məqsədi Çexoslovakiya böhranından istifadə edərək, Britaniya və Fransanı Almaniya ilə hərbi baxımdan toqquşdurmağa nail olmaqdan ibarət idi.
Hələ Çexoslovakiya böhranı həll edilməmiş 1939 cu il yanvarın 5 də Hitler Polşaya qarşı Dançik məsələsini qaldırır. Almaniya Dançik şəhərinin və onu Almaniya ilə birləşdirən Dançik dəhlizinin Almaniyaya verilməsini tələb edir. Belə olan şəraitdə isə, Polşa Baltik dənizinə çıxışdan məhrum olurdu. Lakin, Almaniyanın bu ultimatumu Polşa Xarici İşlər naziri Y.Bek (Józef Beck ) tərəfindən rədd edilir. Həmin dövrdə çox güman ki, alman diplomatiyası belə hesab edirdi ki, Almaniya ilə müttəfiq olan və Çexoslovakiyanın bölüşdürülməsində yaxından iştirak edən Polşa beynəlxaq səviyyədə təcrid vəziyyətində olduğundan Almaniyanın ultimatumunu qəbul etməyə məcbur olacaq.
1939 cu ilin martında Polşa Britaniya ilə danışıqlara başlayır. Britaniya onunla bərabər Fransanında Polşanın dövlət qarantı olduğunu bildirir. Həmin vaxt Britaniya SSRİ yə müharibə təhlükəsi yaranacağı təqdirdə ingilis- fransız – polyak – sovet məsləhətləşməsinə dair qətnamə imzalanması təklifi ilə çıxış edir. Lakin, həmin təklif SSRİ tərəfindən müxtəlif bəhanələrlə rədd edilir. Aprel ayında Fransa tərəfindən də irəli sürülən təşəbbüs uğursuzluqla nəticələnir. Belə olan təqdirdə may ayında Britaniya Almaniya ilə danışıqlara başlayır. Ona qarşı hərbi alyansın yarana biləcəyindən ehtiyat edən SSRİ Britaniya və Fransa ilə danışıqları bərpa edir. Ancaq, Stalinin Britaniya və Fransa ilə hər hansı bir hərbi ittifaq yaratmaq fikri yox idi. Çünki, Stalin bilirdi ki əgər belə bir ittifaq yaranarsa bu, Almaniyanın qarşısını ala bilər ki, SSRİ də bunda maraqlı deyildi. Britaniya və Fransa ilə danışıqlar aparan SSRİ sadəcə olaraq vaxt uzatmaqla əlverişli məqam gözləyirdi. Stalinin niyyətini başa düşən Hitler dərhal hərəkətə keçir.
1939 cu il avqustun 15 də Almaniyanın SSRİ dəki səfiri fon Şulenburq Berlindən təcili tapşırıq alır. Həmin tapşırığa əsasən o, SSRİ Xalq Xarici İşlər komissarı V.Molotovla görüşərək bildirir ki, Almaniya SSRİ nin təkliflərini müzakirə etmək üçün Xarici İşlər naziri fon Ribbentropun səfərini təşkil etməyə hazırdı. Molotov isə cavabında bildirir ki, SSRİ tərəfi Almaiya ilə hücum etməmək haqqında müqaviləni bir şərtlə imzalamaya bilərki, SSRİ nin maraqlarını əks etdirən əlavə protokol imzalansın. Ayın 20 də isə Hitler Stalinə şəxsi məktub yazır. “Almaniya ilə Polşa arasındakı gərginlik dözülməz həddə çatıb. Polşa tərəfinin hərəkətləri o dərəcədədir ki, böhran istənilən an alovlana bilər. Hesab edirəm ki, ölkələrimiz yeni münasibətlərə qədəm qoymağı qərara alıbsa səmərəsiz yerə vaxt itirməyə ehtiyac yoxdur. Ona görədə mən ikinci dəfə sizə mənim Xarici İşlər nazirimi avqustun 23 dən gec olmayaraq qəbul etmənizi təklif edirəm. Xarici İşlər nazirinin müqaviləni və SSRİ nin istəyi ilə əlavə ediləcək protokolu müzakirə etmək və imzalamaq səlahiyyəti var. ”
Molotovun cavabından və Hitlerin göndərdiyi məktubdan da məlum olur ki əslində, Almaniya ilə SSRİ arasında danışıqlar uzun müddət davam edib. Məhz, protokolda nəzərdə tutlan məsələlər tam məxfi xarakter daşıdığı üçün həmin danışıqlar tam gizli şəraitdə aparılıb.
Doğurdanda hələ 1938 ci ilin yanvarında Almaniya SSRİ yə 200 miln mark kredit vermək təklifi ilə çıxış etmişdi. Danışıqlar Almaniya XİN əməkdaşı K.Şnurre ilə SSRİ Almaniyadakı müvəqqəti işlər müvəkkili Q.Astaxov arasında aparılırdı. Almaniya tərəfi əlaqələrin üç istiqamətdə inkişaf etdirilməsini təklif edirdi:
- Ticarət – kredit müqaviləsinin imzalanması;
- Mətbuat və mədəniyyət sahəsində münasibətlərin normallaşdırılması, qarşılıqlı hörmət atmosferinin yaradılması;
- Siyasi yaxınlaşma.
Xüsusilə də, siyasi yaxınlaşma məsələsində müzakirə predmeti 1926 cı il hücum etməmək və bitərəflilik haqqında sovet – alman müqaviləsinin bərpası və ya yeni bir müqavilənin imzalanması idi. Sonda, tərəflər arasında yeni bir müqavilənin imzalanması haqqında razılıq əldə edilir. Burada diqqəti cəlb edən əsas məsələ ondan ibarətdir ki, 1926 cı ildə Veymar Respublikası ilə imzalanmış Berlin müqaviləsi əslində Polşaya qarşı əldə edilmiş razılaşma idi. Belə ki müqaviləyə əsasən, Almaiya şərq sərhədlərini dünya müharibəsinədən əvvəlki səviyyədə bərpa edəcəyi təqdirdə Polşa ilə yaranacaq konflikt zamanı SSRİ bitərəf qalırdı.
Nəhayət, avqustun 19 da “SSRİ ilə Almaniya arasında ticarət müqaviləsi” imzalanır.
Məhz 19 avqust sovet – alman ticarət müqaviləsi imzalanan gün Politbüronun iclasında çıxış edən Stalin bildirir ki, indi müharibə yoxsa sülh özünün kritik fazasına daxil olub. “Biz əminik ki, Frnsa və Britaniya ilə ittifaqa dair müqavilə imzalasaq Almaniya Polşadan imtina etməyə məcbur olacaq. Digər tərəfdən biz Almaniya ilə hücum etməmək haqqında paktı imzalasaq sözsüz ki,Almaniya Polşaya hücum edəcək o zaman, Britaniya və Fransanın bu müharibəyə qoşulması qaçılmaz olacaq. Məhz belə vəziyyətdə biz əlverişli şəraitdə oluruq.Biz, bizim üçün əlverişli olan zamanı və növbəmizi gözləyəcəyik.” Daha sonra Stalin bildirir ki, əgər Almaniya Fransanı tutsa orda kommunist partiyası qeyri – leqal şəraitə keçərək tezliklə hakimiyyəti ələ almağa hazır olmalıdı. O, Almaniyaya hər cür yardım etməyin vacib olduğunu bildirir.
İki ay sonra Stalinin cıxışının tam mətnini əldə edən fransanın “Havas” agentliyinin əmıkdaşı Anri Rüffin 1939 cu ilin noyabrında həmin çıxışı cap edir. Sabahsı gün Stalinin çıxışını Fransanın aparıcı qəzetləridə çap edirlər. Noyabrın 30 da isə “Pravda” qəzetində Stalinin beyanatı çap olunur. Stalin həmin bəyanatında Hitlerin mövqeyini müdafiə edərək bildirir ki, Almaniya Fransa və Britaniyaya deyil əksinə, Fransa və Britaniya Almaniyaya hücum etmişlər. Əslində, həmin bəyanatla Stalin Hitlerə (sadiq ) olduğunu nümayiş etdirirdi.
1939 cu il avqustun 23 də Almaniya Xarici İşlər naziri Ribbentrop Moskvaya səfərə gəlir. Stalinin şəxsi iştirakı ilə SSRİ Xalq Xarici İşlər komissarı V.Molotovun kabinetində sovet – alman danışıqları başlanır. Danışıqların nəticəsi olaraq avqustun 23 dən 24 nə keçən gecə “SSRİ ilə Almaniya arasında hücumetməmək haqqında” müqavilə imzalanır. Müqaviləni və gizlin protokolu Sovet tərəfindən V.Molotov Almaniya tərəfdən isə fon Ribbentrop imzalayırlar. Dörd bəndən ibarət olan gizlin protokola əsasən, Pribaltika ölkələri, Finlandiya və Rumıniyanın Bessarabiya əyaləti SSRİ nin nüfuz dairəsi elan edilir. Polşa isə, iki dövlət tərəfindən nüfuz dairəsinə bölüşdürülür. Protokola əsasən, SSRİ ilə Almaniyanın gələcək sərhədləri Polşanın Narev, Visla və Sana çaylarında kəsişir.
Nəhayət, 1939 cu il avqustun 23 dən 24 nə keçən gecə Moskvada İkinci Dünya müharibəsi üçün “Yaşıl işıq” yandırılır.
Beləliklə, tarixi faktlar həmçinin, SSRİ ilə nasist Almaniyası arasında imzalanmış gizlin sövdələşmə vaxtilə mövcüd olmuş Sovet və indiki dövr Rusiya propaqandasını alt- üst edir. Həmin propaqandanın əsas mahiyyəti ondan ibarətdir ki, SSRİ daim sülh üçün çalışmış və ən əsası isə Almaniyanın Şərqə doğru genişlənməsi və onun SSRİ nin qərb sərhədlərinə birbaşa çıxış əldə etməsinə qarşı mübarizə aparmışdı. Əgər bu propaqanda doğrudursa onda nəyə görə 1939 cu ilin avqustunda SSRİ böyük həvəslə Almaniya ilə birgə Polşanı bölüşdürərək qərb istiqamətində Almaniya ilə birbaşa sərhəddə nail olmağa çalışırdı?. Əgər sovet və rusiya propaqandası haqlıdırsa o zaman, SSRİ çalışmalı idi ki, onunla Almaniya arasında ən azı kiçik bir ərazidə Polşadan ibarət müstəqil bir bufer zonası yaradılsın. Deməli, həmin propaqandaların heç bir ciddi əsası yoxdur.
Sonralar 1946 cı ildə Nürnberq prossesində çıxış edən fon Ribbentrop belə demişdi: “Mən Stalinlə görüşəndə O, mənimlə Polşa krizisinin qarşısını almaq məsələsini müzakirə etməkdənsə dedi ki, əgər bizim təklifləri qəbul etməyəcəksinizsə indidən geri dönə bilərsiz. Görünür həmin dövrdə SSRİ də müharibə sülh üçün təhlükə hesab olunmurdu ”.
Təbii ki, dünya müharibəsinin başlanmasında digər ölkələridə “Sülh göyərçini” adlandırmaq olmaz.
Bugün təbii olaraq belə bir sual ortaya çıxır. Nəyə görə qalib dövlətlər xüsusilə də, Britaniya və Fransa Hitler tərəfindən Versal sisteminin təftişinə və demontajına ciddi reaksiya vermirdilər ? Əslində, Versal sisteminin demontajında Britaniya və Fransa da maraqlı idi.
Birinci Dünya müharibəsindən sonra yaradılmış Versal – Vaşinqton sisteminə əsasən Britaniya əvvəlki “Dünya dövləti” statusunu itirmişdi. Əvəzində ABŞ kredit verən ölkə kimi qlobal liderliyə iddiaçı ölkə kimi dünya siyasətinə daxil olmuşdu. Təbii ki, bu faktı Britaniya və Fransa etiraf etmək istəmirdilər. Bundan əlavə, məhz ABŞ prezidenti V.Vilsonun irəli sürdüyü “ On dörd prinsip” əsasında Şərqi Avropada yeni dövlətlər meydana gəlmiş, yeni dövlətlərarası münasibətlər sistemi formalaşdırılmışdı. Bir sıra beynəlxalq məsələlər isə əvvələr olduğu kimi deyil, yeni yaradılmış Millətlər Liqasında müzakirə edilirdi.
Versal sisteminin ən zəif tərəfi yeni dövlətlər yaradılan zaman milli faktorların nəzrər alınmaması və nəticədə bir çox xalqların parçalanmış vəziyyətə düşməsi idi.
Mövcud Versal sisteminin aradan qaldırılmasında Almaniya, Britaniya və Fransa ilə yanaşı, SSRİ də maraqlı idi. Həmin sistemin tam olaraq aradan qaldırılması isə yalnız yeni, böyük müharibə vassitəsilə mümkün idi. Beləliklə, qalib dövlətlər və SSRİ əslində Versal sistemini məhz Hitlerin əli ilə dağıtmaq siyasətinə üstünlük vermişdilər.
Surxan Lətifov
Xüsusi olaraq,
Gununsesi.info üçün