Moskvada məşhur ticarət mərkəzində terror aktı: Ölənlərin sayı 150-yə çatıb - VİDEO - YENİLƏNİR

  • By admin
  • 23 Mart 2024 16:22

Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

***14:03

“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

***12:43

“Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olmasına dair məlumat yayılıb.

Gununsesi.info bildirir ki, Moskva vilayəti Səhiyyə Nazirliyi terror aktında həlak olanların ilkin siyahısını açıqlayıb.

37 nəfərin olduğu siyahıda Vüqar Hüseynov adlı bir azərbaycanlı da yer alıb.

“Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olmasına dair məlumat yayılıb.

Onun 20.07.1983 təvəllüdlü olduğu qeyd olunub.

Qeyd edək ki, siyahıda 17 yaşlı Sevinc Rüstəmova (19.10.2006) adlı şəxs də var.

***10:02

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

***09:46

Moskva vilayətində “Crocus City Hall” da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***08:51

“Crocus” konsert kompleksində törədilən terror aktı nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi öz saytında Moskva yaxınlığındakı Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin siyahısını yeniləyib.

Bu arada Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib ki, terror aktı nəticəsində xəsarət alanlara təcili yardımın göstərilməsi üzrə əsas iş başa çatıb.

Daha əvvəl Rusiya Səhiyyə Nazirliyinin rəhbəri “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra beşi uşaq olmaqla 115 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Nazir bildirib ki, 30-dan çox insan ambulator yardıma müraciət edib.

Onun sözlərinə görə, terror aktı zamanı xəsarət alan bir uşağın vəziyyəti ağırdır.

Bu arada Moskva vilayətinin səhiyyə qurumu hadisədən sonra xəstəxanaya yerləşdirilən 145 nəfərin siyahısını dərc edib.

“Crocus City Hall”da törədilən terror aktı zamanı yaralananlar Moskvanın 12 xəstəxanasına yerləşdirilib, paytaxtın səhiyyə idarəsinin rəhbəri bildirib.

Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall”un konsert zalında naməlum şəxslər atəş açmağa başlayıb, binada partlayış baş verib, yanğın başlayıb.

Bəzi məlumatlara görə, azı üç nəfər olan silahlı şəxslər fərq qoymadan atəş açıblar. İlkin məlumatlara görə, atəş avtomat silahlardan açılıb.

Binanın təxminən üçdə biri yanıb, qatı qara tüstü çıxıb. Yanğınsöndürənlər insanları damdan çıxarıb, 100-ə yaxın insanı təxliyə ediblər.

Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

İstintaq Komitəsinin məlumatına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı, ilkin məlumatlara görə, 60 nəfərdən çoxdur.

***08:06

Moskva vilayətində “Crocus City Hall” da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.

“İlkin məlumata görə, “Crocus City Hall” da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, – kanal nəql edib.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

 

Gununsesi.info