MTRŞ-nin üzvü qəfildən vəfat etdi – FOTO

  • By admin
  • 12 Aprel 2021 11:39

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Məmməd Cəfərov vəfat edib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Milli Televiziya və Radio Şurasının üzvləri və Şura Aparatının kollektivi Məmməd Cəfərovun vaxtsız vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Xatırladaq ki, daha əvvəl bu ilin yanvar ayında MTRŞ-nin daha bir üzvü Elyazov Mübariz Elyaz oğlu COVID-19-dan vəfat edib.