Müğənni Sevil iş adamı ilə evləndi

  • By admin
  • 20 Aprel 2020 11:06

Tanınmış əkizlər – Sevil və Sevinc Səfərovaların ailəsində xoş gün yaşanıb.

Gununsesi.org bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sevilin qısa müddət öncə nikahı baş tutub.

O, naxçıvanlı iş adamı ilə münasibətini rəsmiləşdirib.

Nikah mərasimi əkizlərin evində baş tutub. Tədbirdə cütlüyün ailə üzvləri, ən yaxın dostları iştirak edib. Onlar bu xəbəri ictimaiyyətdən gizli saxlayıblar.

Xüsusi karantin rejimi bitdikdən sonra Sevilin toy mərasiminin olacağı ehtimal edilir.

Gununsesi.org