Müğənninin keçmiş və indiki sevgilisi arasında söz duellosu

  • By admin
  • 07 İyul 2016 08:44

 

86143_ei7wbolwnh

Model Ebru Şallı ilə münasibətini sonlandıran Sinan Akçılın aktrisa Müjde Uzmanla sevgili olması iki məşhur xanım arasında söz davasının yaranmasına səbəb olub.

Gununsesi.info Axşam.az -a istinadən xəbər verir ki, Müjde Uzmanın sosial şəbəkədə bu sözləri paylaşaraq Ebru Şallıya ismarış göndərdiyi deyilir. O, deyib ki, dəyişmək çətindir, amma bəzən eyni adam olmaq daha çətindir: “Həyat üstünə elə yüklənər ki, durduğun yerdə qalarsan. Bəzən içində elə acı olur ki, dəyişdiyini sanırsan. İndi hər şeyi edə bilərəm deyirsən. Yuxu gerçəyə nə qədər yaxın olarsa, oyanandan sonra hiss olunan acı da o qədər böyük olar. Bəzən yaşamaq üçün öldürmək məcburiyyətindəsən. Bəzən yaşamaq üçün içindəki sevgi səni öldürmədən sən onu öldürmək məcburiyyətindəsən. Özümüzə verdiyimiz söz ən tez unutduğum şeydir. Edəcək heç bir şey qalmadıqda heçnə etməmək ən doğrusudur. Bəzən işləri yoluna qoymaq üçün yumruğunu sıxmamalısan. Ovcunu açıb ovcundakıları havaya sovuracaqsan. Sənə geri gəlmələrini gözləyəcəksən”.

Ardınca Ebru Şallı da fikirlərini bölüşərək Sinal Akçılla münasibətini tamamilə bitirdiyini açıqlamış olub:
“Mənim bildiyim qəlb can verir. Mən bildiyim qəlb bütün varlığıyla hər addımında sevgi, eşq, şəfa daşıyır”.

Gununsesi.info