Məhşur aktyor Cim Kerri sevgilisinin ölümündə günahlandırılır

  • By admin
  • 07 İyul 2016 09:18

jim-carrey-deeply-saddened-over-cathriona-white-death-1002-1

Uzun müddət sevgilisinin intiharından sonra özünə gələ bilməyən Cim Kerri haqqında maraqlı məlumat yayılıb. Gununsesi.info xəbər verir ki, narkotik vasitənin aşırı dərəcədə istifadəsindən sonra ölən Katrin Vaytın ölümündə Cim Kerrinin də əli var imiş. Holivud ulduzu sən demə Katrinin ölümündən əvvəl ona mətnli mesaj yazaraq sevgilisindən anti-iltihab dərmanlarını istəyib. Məhs bundan sonra Katrin tək yaşadığı evində ölü tapılıb və həmin dərmanlar da Vaytın yanında aşkarlanıb.  Yeni yayılan açıqlamada bildirilir ki, Katrin Vayt narkotik dozadan deyil məhs aktyorun kəskin ağrı kəsici dərmanlarından qəbul edərək intihar edib. Aktyor özü isə açıqlama verərək deyib:”Mən onunla sonuncu dəfə 24 sentyabrda əlaqə yaratmışam biz cəmi 3 dəqiqə danışdıq və söhbət əsasında ondan bele bir şey istəməmişəm”. Bildirək ki, Katrin Vayt 28 sentyabr “Məni bağışla amma bu həyat mənə görə deyil” qeydini qoyaraq narkotika ilə  intihar etmişdi.

Sevinc Xeyrulla