Murad Dadaşov film çəkir

  • By admin
  • 23 Avqust 2016 13:48

2016-08-23_13-36-49-1

Əməkdar artist, şoumen Murad Dadaşov bu yaxınlarda tamaşaçılar qarşısına hansısa verilişlə yox filmlə çıxacaq.

Gununsesi.info xəbər verir ki, aktyorun  rəhbəri olduğu MG Production yeni filmin sifarişçisidir. “Bayram axşamı” adlanan filmdə rəqqasə Oksana Rəsulova  da rol alıb. Amma komediya janrında olacaq ekran əsərinin tamaşaçı qarşısına Novruz bayramı ərəfəsində  çıxacağı gözlənilir. Ən maraqlı detallar isə  hələ ki sirr saxlanılır.

Gununsesi.info