Müğənni Murad Dalkılış rejissoru olduğu “Ustalar Alemi” filmi üçün mətbuat konfransı keçirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfransda ifaçı son zamanlar başına gələn hadisələrdən də danışıb:
“Bu yaxında Oğuzhan Koçun konsertində səhnəyə çıxdım. Alov aparatının arasında qaldım, hər yerim yandı. Bundan başqa, tez-tez yolda qalıram. Buna görə qurban kəsmişəm”.
Muradın sözlərini eşidən sosial media izləyiciləri “Hande ilə görüşəndən fəlakət başından əskik olmur. Yəqin, Dalkılıçı Mervenin ahı tutub” kimi şərhlər yazıblar.
Qeyd edək ki, aktrisa Merve Boluğurla 2 illik evliliyi ötən ilin sentyabrında bitən Murad 3 ay sonra Hande ilə sevgili olmuşdu.
Gununsesi.info