Nə xoşbəxtik ki, Rəcəb Tayyib Ərdoğanla yol yoldaşıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım AKP-nin növbədənkənar qurultayında çıxışı zamanı deyib.
“Gözlənilən an gəldi. Ərdoğan yenidən aramızdadır. Aradan keçən 998 gün ərzində bizi əsla yalnız buraxmadınız. AKP-nin 2002-ci ildən başlayan yürüşü çətinliklərlə yadda qalıb. Nələr yaşamadıq ki? Aramızda nifaq toxumu səpmək istəyənlər, öz tarlalarına bu toxumu səpdilər. AKP hər hansı siyasi partiya deyil. AKP millətin partiyasıdır”, – baş nazir bildirib.
Qeyd edək ki, sözügedən qurultayda Ərdoğan yenidən AKP-nin başına keçəcək.
Gununsesi.info












