Natiq Əliyevlə vida mərasimi keçirilir - FOTOLAR (YENİLƏNİB)

  • Müəllif: admin
  • 10 İyun 2017 12:05

natiq-eliyevin-cenazesi-bakida-10062017-2

Energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

Gununsesi.info-nun məlumatına görə, Bakı Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi “Quran” oxunması ilə başlayıb.

Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edirlər.

Vida mərasiminin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

***

11:02

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

natiq-eliyevin-cenazesi-bakida-10062017-3 natiq-eliyevin-cenazesi-bakida-10062017-4

2-2 3-2 4-2

Gununsesi.info