NATO missiya müddətini daha bir il uzatdı - Əfqanıstanda

  • By admin
  • 09 İyul 2016 16:34

jens_stoltenberg_081015

 

NATO Əfqanıstandakı missiyasının müddətini daha bir il uzadıb.

Gununsesi.info-nun APA-ya  istinadən verdiyi məlumata görə, bu barədə  NATO baş katibi Yens Stoltenberq bildirib.

Baş katib deyib ki, Varşava sammitində “Qətiyyətli dəstək” missiyasının 2016-cı ildən sonra da davam etdirilməsinə qərar verilib. Onun sözlərinə görə, NATO-nun Əfqanıstandakı missiyası qeyri-döyüş tapşırıqları yerinə yetirməyə davam edəcək. Baş katib alyansın 2017-ci ildə də Əfqanıstanda hazırda olduğu qədər – 12 min əsgər saxlayacağını açıqlayıb. Y. Stoltenberq onu da qeyd edib ki, ABŞ Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etməyə davam edəcək. Bununla yanaşı, alyansa üzv ölkələrin liderləri Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər.

Gununsesi.info