Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi yaradılıb

  • Müəllif: admin
  • 19 Dekabr 2017 16:38

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR-nın Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. 

Gununsesi.info xəbər verir ki, fərmanla Naxçıvan MR-nın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnamə və agentliyin strukturu da təsdiqlənib.

Vüqar Babayev yeni yaradılan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.

Gununsesi.info