Nazir 51 polisi işdən çıxarıb – RƏSMİ

  • By admin
  • 04 Mart 2022 16:51

Ötən il Azərbaycanda cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin illik hesabatında qeyd olunub.

Bildirilib ki, 2021-ci ildə aşkar edilən pozuntulara görə, daxili işlər orqanlarında 168 əməkdaşa intizam tənbehi tətbiq edilib.

Onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i isə tutduğu vəzifədən azad edilib.

Eyni zamanda, 117 əməkdaş barəsində digər məsuliyyət tədbirləri görülüb.

Gununsesi.info