Nefçala sakini üzərinə ağac aşması nəticəsində dünyasını dəyişdi

  • Müəllif: admin
  • 01 Aprel 2017 09:34

meyit

Neftçalada bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Haqverdili kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 56 yaşlı Cəfər Hacıbaba oğlu Səlimov güclü küləyin aşırdığı çinarın altında qalaraq dünyasını dəyişib.

Gununsesi.info