Obamanın qızı ofisiant işləyir -FOTO

  • By admin
  • 05 Avqust 2016 00:14

obaqiz

ABŞ prezidenti Barak Obamanın kiçik qızı Saşa restoranda işə düzəlib. Bu hadisə böyük marağa səbəb olub. Boston Heral qəzeti yazır ki, 15 yaşlı Saşa Birləşmiş Ştatların Martas-Vinyad adasındakı Nense balıq restoranında işləyir. Onun iş vaxtı 7:30-da başlayır və 11:30-da bitir. Saşa kassa aparatında işləyir. Bundan əlavə o, restoranda hazırlıq işlərinin aparılmasında iştirak edir və masaları təmizləyir. Məlumatda qeyd edilir ki, Obamanın qızının təhlükəsizliyinin təmin edilməsi ilə xüsusi xidmət orqanlarının 6 əməkdaşı məşğul olur. Mühafizəçilər maşında və restoranın yaxınlığındakı skamyalarda keşik çəkirlər.

obamaninqizi