“Od tutub yanan” məktəb ləvazimatları - Hamı başını tutub qaçır...

  • By admin
  • 18 Avqust 2016 12:14

BE6FD5DD-4E22-45AE-A4C6-2654D1BDBFC2_cx17_cy0_cw84_w987_r1_s_r1

Növbəti tədris-dərs ilinin başlanmasına cəmi 28 gün qalıb. Buna baxmayaraq, övladları məktəbli olan valideynlərin əksəriyyəti öz aləmlərində bir az “qabağa” düşmək üçün məktəbli bazarlarına üz tuturlar. Amma necə deyərlər, üz tutan da peşman olur, tutmayan da. Bazarda qiymətləri öyrənməyə gələnlərdə var, tələsik bazarlıq edənlər, heç nə almadan geri dönənlər də…

Gununsesi.info-nun əməkdaşı məktəbli ləvazimatlarının satıldığı bir neçə obyektdə olub, bazarları və alıcıların alış-verişini müşahidə edib. Müşahidələri isə ürəkaçan olmayıb. Belə ki, məktəbli bazarlarında ciddi sıxlıq olmasa da, bazarlığa indidən başlayanlar da var, “gec” gəldiyinə təəssüflənənlər də. Bəs bu təəssüflənmələrin səbəbi nədir? Aparılan müşahidələr nəticəsində məlum olub ki,  bazara tez müraciət etdiyini düşənənlərin əksəriyyəti övladları bu il ilk dəfə məktəbli olacaq valideynlərdir. Yəni, onların əksəriyyəti ötən illərdəki qiymətlərdən xəbərsizdirlər. “Kaşki..” deyənlər isə daha çox yuxarı sinif şagirdlərinin valideynləridir. Buna səbəb isə çox sadədir. Bahalaşma!

Bəs, məktəbli bazarında bir şagirdin məktəbə getməsi üçün valideynlər öz büdcəsindən nə qədər vəsait ayırmalıdırlar? Gununsesi.info-nun əməkdaşının apardığı araşdırmalara görə, məktəb ləvazimatlarının satışında hazırda Bakı şəhəri də daxil olmaqla, bir neçə səhər və rayon məktəblərində tətbiq olunan vahid məktəbli formasının qiymətlərində xeyli artım var. Belə ki, “Bakı Tikiş Evi”-nin 1 və 6-cı sinif şagirdləri üçün nəzərdə tutduğu məktəbli formasının bir dəstinin qiyməti 50 AZN-dir. Bu da keçən ilin qiymətləriylə müqaisədə 4 AZN bahadır. Yuxarı sinif şagirdlərinin geyimi isə 59 AZN təşkil edir. Bu isə ötən illə müqayisədə 6 AZN çoxdur. Metronun “20 Yanvar” stansiyasının Şərq çıxacağında fəaliyyət göstərən və əhali arasında “Velotrek yarmarkası” kimi tanınan bazarda məktəb ləvazimatlarının satışı ilə məşğul olan satıcılar deyir ki, yeni tədris ilinin başlanmasına qısa zaman qalsa da, hələ ki, alıcıların sayında qələbəlik müşahidə olunmur.

Alıcıların sözlərinə görə, problem təkcə məktəbli formalarının əldə olunması ilə öz həllini tapmır. Şübhəsiz, valideynlər məktəbə yola salacaqları uşaqlarının sayına uyğun olaraq, məktəb ləvazimatları da almalıdılar. Bakının satış mərkəzlərində isə məktəb ləvazimatlarının qiyməti müxtəlifdir.

Belə ki, məktəbli ləvazimatlarının stış qiymətləri aşağıdakı kimidir.

Çantalar: Türkiyə istehsalı olan çantalar 35-60 AZN arasında dəyişir.

Dəftərlər: – istehsal olunduğu ölkələrdən asılı olaraq, dəftərlərin də qiymətləri fərqlidir. Daha çox ibtidai sinif şagirdlərinin istifadə etdiyi 12 vərəqli sadə dəftərlər – 0,18 AZN. – Ukrayna istehsallı, üzəri müxtəlif personajlarla əks edilmiş bəzəkli dəftərlər 0,35 AZN. – Azərbaycan istehsalı 40 vərəqlı dəftər 0,40 AZN. – Ukrayna istehsallı 96 vərəqli dəftərlər 1,30 AZN.

Qələmlər: – adi qələmlər 0,20 AZN-dən 1AZN-dək. – rəngli karandaş (12 ədədli) 2,50AZN. – pozan və xətkeş 0,20 AZN-dən 1AZN-dək, – sirkul 1,30 AZN-dən 8 AZN-dək, – rəsm albomunun qiyməti1AZN-dən 3AZN arası təklif edilir.

Beləliklə, təxmini hesablamalar göstərir ki, hər ailə yalnız bir uşağı məktəbə göndərmək üçün ən azı 250-300 AZN arası vəsaitlə bazara girməlidir. Əgər nəzərə alsaq ki, ölkədə işsizliyin artdığı bir dönmdə aztəminatlı, ünvanlı sosial yardım alan, heç işləməyən ailələr var və onların bu qiymətlərə məktəbli forması və məktəb ləvazimatları almaq imkanı yoxdur, deməli, ən azı bu cür ailələrə güzəştlərin tətbiqi nəzərdə tutulmalıdır…

Anar

Gununsesi.info