Oğurluq edən şəxslər saxlanılıb

  • Müəllif: admin
  • 21 Fevral 2017 11:55

ogurluq

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Bakı şəhər sakini Yaşar Əliyevin “Audi” markalı avtomobilindən 5.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Elgiz Baxışov, paytaxt sakinləri Tamerlan Hacıbalayev və Xəlil Cəfərov tutulublar.

Bundan başqa fevralın 20-də saat 13 radələrində Bərdə şəhərində şəhər sakini Fəxrəddin İbrahimovun “VAZ-21074” markalı avtomobili qaçırılıb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili rayon sakini Nicat Məmmədzadənin qaçırması, idarə edərkən onu ağaca vurması və nəticədə aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info