
“Bütün məsuliyyəti parlamentin üzərinə atmaq olmaz”.
Gununsesi.info xəbər verir ki, bunu Mili Məclisin sədri Oqtay Əsədov millət vəkili Zahid Orucun köhnə evlərin və ya yaşayış massivlərinin sökülməsi ilə bağlı vətəndaşların hüquqlarının pozulması və üzləşdikləri porblemlərin aradan qaldırılması ilə bağlı xüsusi qanunun qəbul edilməsi barədə təklifinə reaksiya verərkən deyib.
Spiker qeyd edib ki, hər şeyi parlamentin üzərinə atmaq və ya hər məsələ ilə bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur: “Qanun qəbul etməklə problemi həll etmək olmaz. Axı parlamentdən başqa müxtəlif aidiyyatı dövlət qurumları, Nazirlər Kabinetinin də üzərinə düşən funksiyalar var və onlar bu məsələləri həll etməlidir. Bəzən qanun qəbul edilir və Konstitusiya Məhkəməsi başqa qərar çıxarır və yenə də məsuliyyət parlamentin üzərində qalır. Odur ki, hər şeyi və ya məsuliyyəti parlamentin üzərinə atmaq olmaz”.
Mürtəza
Gununsesi.info












