Parlamnetdə avtobus sürücülərindən danışdılar

  • By admin
  • 30 Sentyabr 2016 16:57
fazil
Bu gün taksi və avtobus sürücüləri bir tikə çörək uğrunda mübarizə aparır.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Fazil Mustafa Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna dəyişiklik məsələsinin müzakirəsi zamanı deyib.
Sürücülərə yaş həddinin tətəbiq edilməsini düzgün addım hesab etməyən millət vəkili bildirdi ki, bir zamanlar taksi və avtobus sürücüləri  lüks peşə sahibi hesab edilirdilər: “Zamanında onlar cəmiyyətin təminatlı ailəsi hesab olunurdular. İndiki şəraitdə is bu peşə sahibləri bir tikə çörək uğrunda mübarizə aparırlar. Bu gün taksi sürücüləri gecə-gündüz bir tikə çörək qazanmağının şahidi oluruq. Elə şərait yaratmaq lazımdır ki, bu peşə sahiblərinə şərait yaratmalıdır. O baxımdan məsələyə baxıb düzgün qərar vermək lazımdır”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili Fuad Muradov da sərnişindaşımada vəziyyətin bərbad vəziyyətdə olduğunu dilə gətirib.
Mürtəza
Gununsesi.info