Paytaxt sürücüləri ayağa qalxdı -VİDEO

  • By admin
  • 11 İyun 2016 23:57

surucu

Bakıda bir neçə marşrut xətti üzrə avtobus xətlərinin ixtisar edilməsi narazılıqla qarşılanıb. İşsiz qalmalarından narahatlıq keçirən bir qrup sürücü problemin həll ediləcəyinə ümid edir. Bakı Nəqliyyat Agentliyi isə yaxın günlərdə sürücülərin işlə təmin olunacağına vəd verir.

Ləğv edilən 16, 18 və 96 saylı marşrut xətləri ilə hərəkət edən avtobusların sürücüləri işə bərpa olunmaları tələbi ilə aksiya keçiriblər. Bağlanan 18 saylı xəttin sonuncu dayanacağına yığılan sürücülər, onların aqibətinə aydınlıq gətirilməsini istəyirlər. Sürüclərin sözlərinə görə, 3 xəttin birdən birə bağlanması, 200-ə yaxın insanın işsiz qalması ilə nəticələnib.

Şirkət rəsmilərinin sözlərinə görə, onlara digər xəttlər təklif edilsə də, həmin marşrutlar mövcuddur və normal şəkildə fəaliyyətini davam etdirir. 18 saylı xəttdən çıxarılan avtobuslar və sürüclərin Bakı Nəqliyyat Agentliyinin təklif etdiyi xətt keçməsi isə problemə səbəb olur

Yaranan problemdən Bakı Nəqliyyat Agentliyi də xəbardardır. Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirir ki, sahibindən aslı olmayaraq bütün təkrarlanan xəttlər bağlanacaq. İşsiz qalan sürücülər üçün isə, qurum rəsmisi problemin olmayacağını bildirdi: “Bağlanan xətlərin sürücüləri “Baku Bus”a imtahan verib işə çıxa bilərlər. BNA-nın xüsusi sürücülük kursundan da yararlana bilərlər”.

Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək.  Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətin standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edəcəyi halda alternativ yeni xətlərdə həmin şirkətlərin xidmətlərinin dəyərləndiriləcəyini də bildirir.