Pentaqon ABŞ bazasının atəşə tutulmasını təkzib etdi

  • By admin
  • 05 İyul 2021 09:46

Pentaqon Suriyada ABŞ-ın hərbi bazasının raket atəşinə tutulması məlumatını təkzib edib.

Gununsesi.info-nun məlumatına görə, bu barəfə ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyanın nümayəndəsi, polkovnik Ueyn Marotto bildirib.

“ABŞ-ın Suriyadakı qüvvələrinin raket hücumuna məruz qaldıqları barədə məlumatlar həqiqətə uyğun deyil” – Marotto “Twitter” səhifəsində yazıb.

Daha əvvəl Al Arabiya telekanalı Suriyanın şimal-şərqində Deyr əz-Zor əyalətindəki “Əl Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasının raket atəşinə tutulması və baza ərazisinə ən azı iki raketin düşdüyü barədə xəbər yayıb.

Gununsesi.info