Pike və Şakiranın evi qarət olunub

  • Müəllif: admin
  • 06 İyun 2018 19:37


“Barselona”nın müdafiəçisi Jerar Pike və həyat yoldaşı Şakira oğurluğun qurbanı olublar.  Gununsesi.info-nun məlumatına görə, onların evi soyulub, dəyərli əşyalar, saatlar oğurlanıb.

Hadisə baş verdiyi vaxt nə Pike, nə də Şakira evdə imiş. Dünya çempionatına yollanacaq Jerar İspaniya millisinin düşərgəsində, müğənni isə Almaniyada qastrol səfərində olub.

Pikenin valideynləri qarətlə bağlı polisə müraciət ediblər. Oğrular evə heç bir ziyan vurmayıblar.

 

Gununsesi.info