
Bakının Qaradağ rayonunda da yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yolu keçmək istəyən 26 yaşlı Tural Teymurovu avtomobil vurub. Hadisəni törədən sürücü qəzadan sonra ərazidən uzaqlaşıb. Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər Tural Teymurovun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə yerində Qaradağ rayon Polis İdarəsi və Yol polis şöbəsinin əməkdaşları olublar. Müayinələr aparılıb ekspertizalar təyin edilib. Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla əlaqədar cinayət işi başlanıb.
Gununsesi.info









