PKK-nın əliqanlı liderlərindən olan “Bahoz Ərdal” öldürüldü

  • By admin
  • 10 İyul 2016 00:55

bahoz

 

Suriyada  hava  zərbəsi nəticəsində PKK liderlərindən biri, daha çox Bahoz Ərdal ləqəbi ilə tanınan Fəhman Hüseyn öldürülüb.

Gununsesi.info-nun Türkiyənin “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə,  bu barədə bir neçə saat öncə “Anadolu” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Suriyanın “Təl Hamiz” müxalifət qruplaşmasının nümayəndəsi Xalid əl Hasekavinin açıqlamasına əsasən,  Suriya ərazisində – Himo bölgəsindən Kamışlıya gedərkən  içərisində Fəhman Hüseynin də olduğu avtomobilə  hava zərbəsi endirilib.

Əməliyyat nəticəsində Bahoz Ərdal daxil olmaqla azı 8 nəfər öldürülüb.

Gununsesi.info