Polkovnik-leytenant vəfat edib - FOTO

  • Müəllif: Firuzə
  • 19 Yanvar 2026 11:26

I Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, o, yaşadığı Cəlilabad rayonunda ürəktutmadan dünyasını dəyişib.

Mərhum ötən gün rayonun Kazımabad kəndində dəfn edilib.

Qeyd edək ki, I Qarabağ müharibəsinin qazisi olan S.Niftiyev müharibədən sonrakı illərdə də orduda xidmətinə davam edib və daha sonra ehtiyata buraxılıb.