Sabiq prezident Poroşenko silaha sarıldı - "UKRAYNANI MÜDAFİƏ EDƏCƏM!" / VİDEO

  • By admin
  • 25 Fevral 2022 18:05

Ukraynanın sabiq Prezidenti Pyotr Poroşenko CNN telekanalının efirində Rusiyanın hücumundan danışıb.

Gununsesi.info xəbər verir ki, Poroşenko canlı yayımda ruslarla müharibə aparacağı silahları göstərib.

“Putin onları öldürmək üçün gəlib. Bizdə qısa Kalaşnikov avtomatları var. Üç yüz nəfərlik batalyon üçün bizim dörd ədəd tank əleyhinə idarə olunan raketimiz, iki pulemyotumuz var. Bizim heç bir ağır artilleriyamız, heç bir tankımız, heç bir zirehli maşınımız yoxdur”, – Poroşenko qeyd edib.