Birləşmiş Krallığın səfiri Qubad İbadoğlunun azadlığını alqışladı

  • By ilhame
  • 22 Aprel 2024 19:55

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasına Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergis Auld reaksiya verib.

Gunusesi.info britaniyalı diplomatın açıqlamasını təqdim edir:

Britaniya Azərbaycan məhkəməsinin Dr. Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı bugünkü qərarını alqışlayır.

Biz uzun müddət onun müvafiq tibbi xidmətə çıxışı, eləcə də onun əldə etməli olduğu peşəkar şəkildə təyin olunmuş dərmanlara çıxışını müdafiə etmişik.

Gununsesi.info