Postlardan Bakıya kimlər buraxılır? – RƏSMİ

  • By admin
  • 16 İyun 2020 11:45
Bu gün səhər saatlarından başlayaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun girişində qurulmuş karantin polis postlarında meydana gələn uzun tıxaclar hələ də davam edir.
Bakıya giriş postlarında karantinin bitməsi ilə başlayan sıxlıq davam edir. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin “BakuPost”a verdiyi məlumata görə, paytaxta postlardan ilkin olaraq yük maşınları, hərəkət icazəsi olanlar, ezamiyyət vərəqi ilə hərəkət edənlər, həkim göndərişi ilə gələnlər, o cümlədən yaxın qohumlarının dəfnində iştirak edənlər buraxılır.
DYP rəsmisi Bakı qeydiyyatında olanların da hamısının birbaşa paytaxta buraxılmadığını deyir. Onların da nə zaman, hansı şərtlərlə, hansı yollarla rayonlara getdikləri araşdırılır. “Biz əvvəlcədən xəbərdarlıq etmişdik ki, kimsə rayon qeydiyyatı olmasına baxmayaraq, Bakıda işləyirsə, bu müddətdə rayona getməsin. Çünki geri qayıda bilməyəcəklər. İyulun 1-dək isə narıncı zonada olanların şəhərdən çıxışı qadağan idi.

Bilirsiniz ki, sərt karantin günləri başlamamışdan paytaxtdan çıxmağa cəhd edənlər, hətta torpaq yolla gedənlər də oldu. Onların əksəriyyəti geri qaytarılsa da, keçənlər də olub. Bəziləri piyada dənizkənarı yolla düşərək nəzarəti keçiblər.
İki gün evdə oturmaq elə çətin idi ki? Əvvəldən biz xahiş etmişdik ki, bu məhdudiyyətlərə bir az ciddi yanaşsınlar.
Narıncı zonada olan virus başqa ərazilərə də sıçraya bilər. Əfsuslar olsun ki, çoxları şəxsi istirahətini düşünüb yola çıxdılar”.

Gununsesi.org